AZE | RUS | ENG |


GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşüb

GUAM xarici işlər nazirləri Gürcüstan prezidenti ilə görüşüb
Bu gün GUAM ölkələrinin xarici işlər nazirləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüblər.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Gürcüstan prezidenti görüşdə deyib ki, GUAM unikal formatdır və  təşkilatın  daha da möhkəmləndirilməsi üçün əhəmiyyətli addımlar atmalıdır.
 
Görüşdə GUAM-ın 20 illiyi və  Gürcüstanın təşkilata sədrliyi müzakirə olunub. G.Marqvelaşvili GUAM formatında əməkdaşlığın inkişaf etdirilməsi üçün əsas prioritetlər barədə danışıb. Prezidentin sözlərinə görə, təşkilata üzv ölkələrin üzləşdiyi problemləri həll etmək üçün GUAM vasitəsilə koordinasiya olunmuş addımlar atılmalı və  təşkilat beynəlxalq aləmdə daha çox təmsil olunmalıdır.    
 
Görüşdə tərəflər həmçinin regionda təhlükəsizlik, sektorlar üzrə əməkdaşlıq və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001