Gənc Tamaşaçılar Teatrının rejissoru Moldova Respublikasına dəvət alıb
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının istedadlı rejissoru, Əməkdar Artist Nicat Kazımov Moldova
Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb. Dəvətin məqsədi
inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli
Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.
Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin "Öldür məni can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.
N.Kazımov cari ilin iyul ayının 28-dən – sentyabr ayının 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək Vətənə dönəcək.