Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu
Türkiyənin Gaziantep Universitetinin Türk
Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin
ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulmuşdur. Bu barədə universitetin azərbaycanlı
professoru Ilqar Immamverdiyev məlumat
verrmişdir.
O, demişdir:Büst
böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır. İndi Dədə Qorqud, Farabi, Buhurizade Mustafa (Itri),
Aşık Veysel, Tabmuri Cemil Bey, Muzaffer Sarısözen, Nida Tüfekçi, Yücel
Paşmakçı və Mehmet Özbey kimi Türkiyənin ən məşhur və ünlü sənətkarlarının heykəlləri
sıarasında Dədə Şemşirin büstünün də yer alması bizləri çox fərəhləndirir. Bu həm
də qardaş Türkiyədə Azərbaycan ifaçısına verilən qiymətlə yanaşı, həm də iki ölkə arasında dostluq və qardaşlığın rəmzidir.
İndu universitetimizdə saz-bağlama ifaçılığını öyrənən tələbələr Azərbaycan
aşıq havalarını da öyrənirlər.