AZE | RUS | ENG |


Ezop ənənələri itir

Ezop ənənələri itir
Hər gün yeni bir mövzu başlığı üzrə yeni araşdırma aparıldığını öyrənir, nəticələrlə tanış olduqca illərdir inandığımız şeylərin yanlış olduğuna təəccüblənir, zamanın tempinə köklənərək yeniliklərə uyğunlaşmağa çalışırıq. Balaca şəxsiyyətlər formalaşdırmağa çalışan valideynlərin işi isə daha çətindir. Qida rasionu, tərbiyə üsulları, inkişaf mexanizmləri və s. kimi məsələlərdə nə alimlərin araşdırmaları bitir, nə də bir-birini təkzib edən araşdırma nəticələri. Haqqında bəhs edəcəyimiz araşdırmaya isə Toronto Universitetinin sosiologiya fakültəsinin professor-tələbə heyəti müəlliflik edib. Araşdırmanın nəticəsi insanlarla heyvanların diliylə danışan, nümunə göstərmək üçün tülkünü, siçanı, dovşanı, şiri, ayını mərminin ucuna qoyan Ezopun təmsil ənənələrini tarixin tozlu səhifələri arasına dəfn edib. Belə ki, araşdırmanın nəticəsinə görə, uşaqlara lazımı nümunəni məhz insan obrazlarının dili ilə izah etmək lazımdır. Heyvanların dili ilə nəyisə diktə etməyə çalışmaq həm uğursuz, nəticəsiz üsuldur, uşaqların heyvanlardan gözləntilərini yüksəldir.
1000 uşaq üzərində aparılan araşdırmada ana fikri sahib olduqlarını paylaşmaq olan hekayə heyvan obrazlarının dili ilə nəql edilib. Daha sonra müşahidəyə qoşulan uşaqlardan yarısına 10 ədəd rəngli çubuq verilib. Hədiyə alan uşaqlar yoldaşlarının hədiyə almadığını görsə də, əlindəkiləri paylaşmamaqda israr edib. Eyni hekayə başqa bir 1000 nəfərlik qrupda insan obrazlarının dili ilə nəql edilib. Və nəticə tamamilə araşdırmaçıları qane edib. Çubuq alan uşaqların 170-i çubuqlarının 2 sevimli rəngini götürmək şərtilə hamısını bölüşüb. Ümumilikdə uşaqların 440-ı əlindəkiləri bölüşməkdə könüllü olub.
Araşdırma qrupunun rəhbəri Patrisia Qanea: "Heyvan obrazları uşaqların xoşuna gəlsə də, onlara daxilən çox uzaqdır. Uşaqlar bu obrazların dili ilə bir əlaqə qura bilmirlər. Atalarına, analarına, qonşularına, dostlarına bənzəyən obrazlar isə birbaşa onların gözünə və qulağına xitab edir. Biz artıq heyvanların dili ilə ideya ötürmək fikrinin yanlış olduğundan əminik”.
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001