• şənbə, 27 Aprel, 03:16
  • Baku Bakı 14°C

Estoniyanın Milli Opera və Balet Teatrına ötən il rekord sayda tamaşaçı gəlib

02.01.20 13:15 918
Estoniyanın Milli Opera və Balet Teatrına ötən il rekord sayda tamaşaçı gəlib
Estoniyanın Milli Opera və Balet Teatrına 2019-cu ildə rekord sayda - 185 548 balet və opera həvəskarı gəlib.
AZƏRTACxəbər verir ki, Estoniyanın milli teatrında ümumilikdə 398 tamaşa göstərilib. Təhsil layihələri çərçivəsində isə Opera və Balet Teatrına 10 544 nəfər baş çəkib.
Keçən ilin ən məşhur tamaşaları arasında "Alisa möcüzələr ölkəsində”, "Şelkunçik” və "Damdakı skripkaçı” səhnə əsərləri xüsusi yer alıb.
Ötən ilin ölkənin mədəni tarixində ən əlamətdar hadisəsi Estoniya Milli Operasının 300 nəfərlik truppa ilə Moskvanın "Böyük Teatr”ında çıxışı olub.
banner

Oxşar Xəbərlər