AZE | RUS | ENG |

Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var

Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
Ermənistanın İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, İcevanda ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib.
Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967