Ermənilər Goranboyu raket atəşinə tutub
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, düşmən ötən gecə və bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndini raket atəşinə tutub. Nəticədə kəndə iki raket düşüb. Raketlərdən biri kənd qəbiristanlığının yaxınlığına düşüb.
Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.