• cümə, 26 Aprel, 19:58
  • Baku Bakı 22°C

Ərəb bloqqer: “Bakı artıq şopinq məkanına çevrilib”

02.11.17 12:20 1015
Ərəb bloqqer: “Bakı artıq şopinq məkanına çevrilib”
"Bakı Şopinq Festivalı unikal mövsümi hadisədir. Bu festival Azərbaycanın turizmin inkişafı sahəsində qısa vaxt ərzində böyük irəliləyişə nail olduğunu göstərir”.
Bu fikirləri turizm eksperti, tanınmış ərəb bloqqeri, "Kunuz əs-Siyaha” turizm konsaltinq qrupunun təsisçi üzvü Ənvər Abdullah Əbu Nəcm bildirib.
Bakı Şopinq Festivalınınn dünyanın bir sıra anoloji festivalları ilə rəqabət apara bildiyini deyən bloqqer, onun sosial şəbəkələrdə, yerli və dünya KİV-lərində geniş işıqlandırıldığını vurğulayıb.
"Bu dəfəki festival müdhiş endirimlərlə turistlərin diqqətini çəkib. Bakı artıq unudulmaz şopinqin məkanına çevrilir”, deyə Ənvər Abdullah Əbu Nəcm bildirib.
Qeyd edək ki, ərəb bloqqer sosial şəbəkələrdə turizmlə bağlı paylaşımları ilə məşhurdur. Onun Twitterdə idarə etdiyi "Azərbaycan ərəblərin gözü ilə” səhifəsinin 15 minə yaxın izləyicisi var.
banner

Oxşar Xəbərlər