Ərdoğan: TANAP Türkiyəni enerji qovşağına çevirib
Türkiyə ilə Azərbaycanın əməkdaşlığının təcəssümü olan Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəni enerji qovşağına çevirib.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, iqtisadi qeyri-stabilliyə baxmayaraq TANAP planlaşdırılan müddətdən əvvəl reallaşdırılıb:"TANAP regionda ən vacib enerji layihələrindən biridir”.