• cümə, 26 Aprel, 21:56
  • Baku Bakı 22°C

Ərdoğan Suriyadakı hərbi əməliyyat barədə Putinə məlumat verib

26.08.16 17:45 1170
Ərdoğan Suriyadakı hərbi əməliyyat barədə Putinə məlumat verib
Bu gün Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanvə Rusiya prezidentiVladimir Putinarasında telefon danışığı olub.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.
Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində qərarlı olduqlarını bir daha vurğulayıblar. Söhbət zamanıSuriyaməsələsi diqqət mərkəzində olub, Hələbə humanitar yardımın çatdırılması ilə əlaqədar səylərin gücləndirilməsi barədə razılıq əldə edilib.
R. T. Ərdoğan V. Putinə Türkiyə ordusunun Cerablusu azad etmək üçün həyata keçirdiyi "Firat qalxanı” əməliyyatı barədə məlumat verib. Türkiyə və Rusiya prezidentləri Çində keçiriləcək G-20 zirvəsində ikitərəfli görüş keçirmək barədə də razılığa gəliblər.
banner

Oxşar Xəbərlər