• cümə, 26 Aprel, 16:07
  • Baku Bakı 23°C

Ərdoğan: “Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”

31.10.17 15:40 531
Ərdoğan: “Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”
"Bu gün biz öz evimizdəyik, qonaq deyilik”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğandeyib.

Türkiyə prezidenti xatırladıb ki, bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən isəBakı-Tbilisi-Qarsdəmir yolunun açılışı olub: "Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir.TANAPda bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir.Bakı-Tbilisi-Qarsdəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq”.

R. T. Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: "Neft qiymətlərinin aşağı düşməsi ilə ticarət həcmində azalma olmuşdu. Artıq bu sahədə də vəziyyət stabilləşib. Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatacağına inanıram.

Son dövrlər müdafiə sənayesi sahəsində də əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək”.
banner

Oxşar Xəbərlər