• cümə, 26 Aprel, 16:13
  • Baku Bakı 23°C

Elmar Məmmədyarov Türkiyəyə yola düşüb

21.02.17 17:43 890
Elmar Məmmədyarov Türkiyəyə yola düşüb
Xarici işlər naziriElmar Məmmədyarovfevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək "Xocalısoyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləriElmar Məmmədyarovvə Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.
banner

Oxşar Xəbərlər