AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elçin Həşimov: Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir

Elçin Həşimov: Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir

Mədəniyyət
08 Aprel 2020, 14:38 555
Bu gün hər kəs həmrəy olub, xüsusi karantin rejimi qaydalarına riayət etməlidir.
Bunu Trend-ə açıqlamasında tarzən, Əməkdar artist Elçin Həşimov deyib.
Əməkdar artist bildirib:
"Əziz həmvətənlilərim. Bu gün dünyamızda baş verən koronavirus epidemiyası Azərbaycandan yan keçə bilməzdi. Bu baxımdan biz maksimum dərəcədə qanunlara riayət etməliyik. Düşünürəm ki, bu gün hamımız bir yerdə olmalıyıq və xüsusi karantin rejimi qaydalarına riayət etməliyik. Zərurət yaranmadığı təqdirdə evdə qalmalıyıq. Evdə qalarkən musiqilərə qulaq asa, çoxdan yığılıb qalan işlərimizlə məşğul ola bilərik".
Əməkdar artist qeyd edib ki, qanunlara riayət etsək, biz özümüzün, doğmalarımızın, xalqımızın bu bəladan tezliklə xilas olması üçün fərd olaraq kömək etmiş olarıq:
"Biz birlikdə güclüyük"!
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.