• cümə, 26 Aprel, 20:47
  • Baku Bakı 22°C

Əhliman Əmiraslanov: “Yaxın vaxtlarda ürək transplantasiyası həyata keçirmək mümkün olacaq”

18.01.17 14:10 1271
Əhliman Əmiraslanov: “Yaxın vaxtlarda ürək transplantasiyası həyata keçirmək mümkün olacaq”
"Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.APA-nın məlumatına görə, bunuMilli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, Azərbaycanda belə bir ciddi əməliyyatın həyata keçirilməsi üçün artıq bütün imkanlar var, mütəxəssislər mövcuddur: "Bununla bağlı personal və texniki baxımdan heç bir problem yoxdur. Yeganə açıq qalan məsələ orqan bağışlanması ilə bağlı məsələdir ki, tezliklə bunun da həllini tapacağıq. Bütün hallarda yaxın vaxtlarda biz Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirə biləcəyik”.
banner

Oxşar Xəbərlər