• şənbə, 27 Aprel, 04:52
  • Baku Bakı 14°C

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb

13.02.17 22:04 735
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.
Komitə sədri qeyd edib ki, Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür. O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənubi Qafqaz regionunda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirən tarixi, İslam dini ali mərkəzi olduğunu bildirib. Ölkəmizdə 28 qeyri-müsəlman dini icmanın fəaliyyət göstərdiyini vurğulayaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini səfirin nəzərinə çatdırıb.
Mübariz Qurbanlı "Multikulturalizm ili” nin məntiqi davamı olaraq bu ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli” elan olunmasının müsəlman dünyasında həmrəylik və sülhə doğru atılan addım olduğunu qeyd edib.
Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores vurğulayıb ki, müsəlman ölkəsi olaraq göstərdiyiniz dünyəvilik modeli digər ölkələr üçün nümunədir. Səfir ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə tolerant və multikultural mühitin şahidi olduğunu diqqətə çatdırıb. Gələcəkdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulacağına ümid etdiyini bildirib.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkür edib.
banner

Oxşar Xəbərlər