• cümə, 26 Aprel, 12:19
  • Baku Bakı 23°C

“Düşməni darmadağın etmək üçün bütün imkanlarımız var”

22.06.20 09:00 498
“Düşməni darmadağın etmək üçün bütün imkanlarımız var”
"Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”.
"Report"un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnikZakir Həsənovdeyib.
O bildirib ki,Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olanrayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.
"Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti,Ali Baş Komandanİlham Əliyevingöstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələriformalaşdırılıb, ayrıcaƏlahiddə Ümumqoşun Ordu yaradılıb.Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənəheç bir bufer zonası da kömək etməyəcək”, - Müdafiə naziri əlavə edib.
banner

Oxşar Xəbərlər