AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Dostluq” ordeni ilə təltif olunmaq həyatımın ən xoş anlarındandır

“Dostluq” ordeni ilə təltif olunmaq həyatımın ən xoş anlarındandır

Cəmiyyət
05 İyun 2020, 14:15 169
Azərbaycan Respublikasının "Dostluq” ordeni ilə təltif olunmaq həyatımın ən xoş anlarındandır. Bu xəbəri böyük sevinclə qarşıladım. Azərbaycanın "Dostluq” ordenini daşımaq şərəfini hər zaman uca tutacağam.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, professor Necdet Ünüvar bildirib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası, qorunması və inkişafından qürur keçirdiyini ifadə edən professor deyib: "Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” ifadəsi bütün mənalarda həyat gerçəkliyinə çevrilib. Həyat göstərir ki, bu ifadə özündə nə qədər dərin mənalar əks etdirir. Mən bütün fəaliyyətimdə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqətlə yanaşmışam. Prezident İlham Əliyevin bu münasibətlə məni ali mükafat - "Dostluq” ordeni ilə təltif etməsindən sonsuz sevinir, qürur duyur və Azərbaycan dövlət başçısına ən səmimi hisslərlə minnətdarlığımı ifadə edirəm”.
Ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpasını görmək olduğunu ifadə edən professor Necdet Ünüvar deyib: "Ermənistan təcavüzkar siyasətinə son qoymalı, işğal altındakı Azərbaycan torpaqları qeyd-şərtsiz azad edilməlidir. Bütün məsələlərdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqq işini dəstəkləyir və hər zaman bu mübarizədə öndə olmaqda davam edəcəyik”.