• şənbə, 27 Aprel, 05:12
  • Baku Bakı 14°C

Deputatlığa namizədlər üçün kitabça hazırlanıb

16.01.20 13:00 455
Deputatlığa namizədlər üçün kitabça hazırlanıb
Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.
Trend-in məlumatına görə, yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
"Deputatlığa namizədlər üçün yaddaş kitabçası”nı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər