• şənbə, 27 Aprel, 01:05
  • Baku Bakı 14°C

Deputat: “Dünya 200 ildən çoxdur ki, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımlarının şahididir”

29.03.21 11:55 356
Deputat: “Dünya 200 ildən çoxdur ki, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımlarının şahididir”
"200 ildən çoxdur ki, bütün dünya ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımlarının şahididir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, lazım olan anlarda BMT, dünya birliyi reaksiya verir və bəzi məsələlər həllini tapır: "Çox təəssüflər olsun ki, Azərbaycanla bağlı bu edilmir. İkili standartların şahidi oluruq. Ermənilərin 1918-ci ildə törətdiyi soyqırımının dünyada tanıdılması istiqamətində apardığımız işlər öz bəhrəsini verməkdədir. Ancaq cəmiyyətimiz birləşməlidir, hamı hüquqşünas olmalıdır. Biz dünya birliyini məcbur etməliyik ki, Azərbaycanın haqq işinə dəstək versin. Bu cür cinayətləri törədənlərlə bağlı məsələlərin həllini tapması dünya təcrübəsində var. Biz də buna çalışmalıyıq. Ermənistanın öz milli ideologiyasından, Türkiyə və Azərbaycana qarşı iddialarından geri çəkilməsini arzu edərdik”.

banner

Oxşar Xəbərlər