AZE | RUS | ENG |


Deputat: Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı

Deputat: Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurasının bəzi rəhbərlərinin, bəzi dairələrinin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyini tam əsaslandırılmış şəkildə onların diqqətinə çatdırdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı, təşkilat Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə heç bir dəstək vermədi: "Təcavüzkar Ermənistan bu gün də Azərbaycan ərazilərini işğal altında saxlayır, Azərbaycana qarşı soyqırımı həyata keçirib, ancaq təəssüflər olsun ki, Avropa Şurası tərəfindən buna heç bir reaksiya verilmir, heç bir diqqət yetirilmir".

B.Əliyev qeyd edib ki, Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasına, siyasətçilərin güllələnməsinə baxmayaraq, Avropa Şurası bütün bunlara göz yumur.

Millət vəkili vurğulayıb ki, dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil: "Azərbaycan Avropa Şurasının möhkəmlənməsinə öz töhfəsini verdi, amma onlar Azərbaycanla bağlı heç bir müsbət iş görmədilər, əksinə, Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, iftiralar atılır və təəssüflər olsun ki, bu, Avropa Şurasının rəhbərliyi səviyyəsində dəstəklənir və hətta Avropa Şurası rəhbərləri bu çirkin kampaniyaya başçılıq da edir. Bu, Avropa Şurasının heç bir prinsipinə, məqsədinə uyğun deyil. Ona görə də əgər Azərbaycan Avropa Şurasını tərk etsə, Azərbaycan bundan heç nə itirmir, amma Avropa Şurası bundan çox şey itirə bilər. Ona görə də düşünürəm ki, bu məsələyə ciddi reaksiya verilməlidir və Azərbaycanın haqq mövqeyi dəstəklənməlidir, Azərbaycana obyektiv münasibət olmalıdır".

Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi


Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003