Demoqrafik pessimizm
Sirr deyil ki, hər bir ölkənin demoqrafik vəziyyətinə doğum, ölüm, nikah və
boşanmalar, mirqasiyanın səviyyəsi, təbii fəlakətlər ölkədəki hərbi və
sosial-iqtisadi vəziyyət təsir edir. Bütün bu göstəricilərə görə, Ermənistanın
vəziyyəti yumşaq ifadə etsək həsəd aparılası deyil. Erməni saytlarında dərc
olunan materiallara görə, bu gün həqiqətən də işğalçı ölkə demoqrafik sahədə
ciddi problemlər yaşayır. Son illər dünya göstəricilərinə görə, ölkə əhalisi
sürətlə qocalan dövlətlərin siyahısında qərarlaşıb. Ekspertlərin qənaətincə, əgər
bu prosesin qarşısını almaq mümkün olmazsa, onda 2050-ci ilə qədər Ermənistan əhalisinin
23 faizindən çoxunun yaşı 63-ü keçəcək. Sürətlə qocalmanın əsas səbəblərindən
biri miqrasiya və doğumun ən aşağı həddə olmasıdır. 2011-ci ildən başlayaraq
Ermənistanda doğuşun səviyyəsi kəskin şəkildə aşağı düşüb. Miqrasiya ilə də
bağlı vəziyyət ağır olaraq qalır. Rəsmi rəqəmlərə görə, 2008-2015-ci illər ərzində
ölkəni 307 600 nəfər birdəfəlik tərk edib. Qeyri-rəsmi rəqəmlərə görəsə, bu rəqəm
iki dəfə çoxdur. Erməni ekspertləri həyəcan təbili çalaraq doğuşun səviyyəsini əvvəlki
qaydada saxlanılmasını zəruri sayırlar. Onların fikrincə, belə olarsa demoqrafik
problemi 20-30 ilə həll etmək mümkündür. Ekspertlərin qənaətincə, 2025-ci ildə
erməni xalqı təbii inkişafın mənfi göstəriciləri ilə üzləşəcək. "Aysor.am”
yazır ki, demoqrafik göstəricilərdən danışarkən, xüsusi olaraq bir sıra vacib məqamları
qeyd etmək gərəkdir. "Bura ölkədəki ümumi mənəvi-psixoloji atmosfer, hakimiyyətdən
gözlənti və ümidlər və s. daxildir. Bu səbəbdən də hökumətin hansı demoqrafik
kursa malik olduğunu görmək zəruridir. Xüsusən də əgər ölkədə təhlükəsizliklə
bağlı ciddi problemlər mövcuddursa. Demoqrafiya təhlükəsizliyə birbaşa təsir
edir. Çünki, doğumun aşağı həddə olası birbaşa olaraq gələcəkdə Silahlı Qüvvələrin
təşkilinə təsir edir. Xüsusilə vacib olan ictimaiyyətin dövlət və hökumətdən nələri
gözləməsi, əhaliyə nələrin təqdim edilməsidir. Doğuşun ən aşağı həddə olması
ilk növbədə ölkədə qeyri-düzgün və plansız sosial siyasətlə bağlıdır. Bizlər də
bu kimi halların şahidiyik. İstənilən hökumət Ermənistanın başının üstünü kəsdirən
demoqrafik fəlakətdən qurtulmaq üçün dəqiq strategiyaya malik olmalıdır. Əslində
belə bir strategiya özündə böyük maliyyə resursları, dəqiq müddət nəzərdə
tutmalıdır. Belə hallar isə bu gün mövcud deyil. Bir faktı da yaddan çıxarmaq gərək
deyil ki, demoqrafik problemləri sürtətli qaydada həll etmək mümkün deyil. Müxtəlif
tədqiqat mərkəzlərinin apardıqları tədqiqatların nəticələrinə görə, regionun
digər ölkələri iə müqayisədə Ermənistan qocalma indeksində ən aşağı yerdə müəyyənləşib.
İkinci yerdə Gürcüstan, sonrakı yerdə isə Azərbaycan gəlir”, - deyə məqalədə
vurğulanır.
Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan iddia edib ki, ölkədə demoqrafik problemi həll etmək üçün strategiya hazırlanır. Hakimiyyətə gələndən sonra keçirdiyi ilk müşavirələrdə hər dəfə bu məsələni qabardır, müəyyən tapşırıqlar verdiyini bəyan edirdi. Lakin üstündən bir il keçməsinə baxmayaraq, problem nəinki həllini tapır, əksinə daha da güclənir. Bu günlərdə baş nazirə məlumat verilib ki, ölkə əhalisinin sayı ötən ilin göstəricilərinə görə 2 mln. 972 min nəfər təşkil edib. Yeri gəlmişkən, bu ilin aprel ayında baş nazir ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı Şura da yaradıb. Baş nazirin sözlərinə görə, demoqrafik vəziyyətin ayrıca həlli mövcud deyil və problemə ölkənin sosial-iqtisadi inkişafı kontekstində baxılmalıdır. Ermənistanda vilayətlər üzrə də əhalinin sayı azalır. BMT-nin Əhali Fondunun erməni ofisinin nümayəndəsi Tsovinar Arutyunyan bildirib ki, bu ilin birinci rübündə Ermənistanın 5 vilayətində əhali azalıb. Onun sözlərinə görə, hökumət problemi bilir və onun həlli ilə məşğuldur: "Bundan ötrü baş nazirin yanında ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı komissiya yaradılıb. Artıq Lori, Ararat vilayətlərində situasiyanın öyrənilməsi üçün tədqiqatlara başlanıb - hansı ki, həmin vilayətlərdə keçən il nisbətən ən yüksək təbii artım qeydə alınmışdı. Tədqiqatın nəticələri bir ay sonra məlum olacaq”.
Maraqlıdır ki, ağır iqtisadi-sosial durum insanları çıxış yolu kimi küçələrə çıxmağa vadar edir. İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib. Ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir N.Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. "Baş vermiş insidentin bütün günahkarları, həmçinin qanunsuz ağac kəsilməsinin təşkilatçıları ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə Paşinyan "Feysbuk” səhifəsində yazıb. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib. Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb. Mitinq iştirakçıları Tavuş vilayəti qubernatorunun yolu açmaqla bağlı çağırışına da məhəl qoymayıblar.
Azər NURİYEV