• cümə, 26 Aprel, 09:25
  • Baku Bakı 12°C

Cənubdan hücum

30.06.20 17:20 683
Cənubdan hücum
ABŞ "Qazprom”u Türkiyədən sıxışdırıb çıxarmağa çalışır

Koronavirus pandemiyası dünya enerji bazarında da ciddi fəsadlara yol açıb və enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə gətirib çıxarıb. Bu da bir sıra dövlətləri qəti addımlar atmağa sövq edib. Birləşmiş Ştatlar bu istiqamətdə aktiv fəaliyyətə keçib. Rusiya və Qərb mediasının yazdığına görə, Vaşinqton Ankaranın Rusiya qazından asılılığını azaltmaq üçün ucuz qiymətə sıxılmış qaz satmağa hazırdır. Bu barədə keçmiş amerikalı senator Devid Vitter Türkiyə-ABŞ İşgüzar Şurasının "Müttəfiqlərin müttəfiq olmalarının vaxtıdır: Türkiyə-ABŞ daşınma halqası” mövzusunda keçirilən seminarda bildirib. Vitterlə yanaşı, Amerikanı seminarda senator Lindsi Qrem təmsil edib. Bu şəxs bir sıra anti-Rusiya qanun layihələrinin müəllifi kimi ad çıxarıb. İrimiqyaslı iqtisadi böhran təhlükəsi ilə üz-üzə qalan Türkiyə də son vaxtlar Birləşmiş Ştatlarla yaxınlaşma siyasəti yürüdür. "RİA Novosti” yazır ki, Ankara özünü Çinə alternativ kimi büruzə verməyə çalışır. ABŞ və Çin arasında münasibətlərin pisləşməsi göz önündədir. Artıq ötən həftə sonu ABŞ Senatı "Honkonqa muxtariyyət Aktı haqqında” qanun layihəsini təsdiqləyib. Bu akt Honkonqda milli təhlükəsizliklə bağlı qanun layihəsinin qəbulunda əli olan Çin məmurlarına sanksiyaların, eləcə də, bu məmurlarla bağlı şirkət və banklara qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Bundan bir gün əvvəl isə Pentaqon Çin Xalq Respublikası Müdafiə Nazirliyinin maraqlarına uyğun gələn 20-dən artıq Çin firmasının siyahısını dərc edib. Bura "China Mobile Communications Group”, "China Telecommunications Corp”, aviainşaat şirkəti "Aviation Industry Corp” və s. daxildir. Ekspertlər əmindirlər ki, bu, sanksiyaların tətbiqi yolunda ilk addımdır. ÇXR ilə Birləşmiş Ştatlar arasında ticarət müharibəsi artıq qlobal daşınma halqasının yenidən qurulmasına gətirib çıxarıb. Koronavirus pandemiyası səbəbindən yaranan qlobal böhran fonunda yeni gərginlik isə bu prosesi daha da sürətləndirib. Türkiyə də bu durumdan yararlanmağa çalışıb. "Pandemiyaya qədər qlobal iqtisadiyyatda əsas daşınma halqası Çin idi. İndi isə vəziyyət dəyişir və Türkiyə kimi ölkələr qarşısında ciddi imkanlar açılır”, - deyə Türkiyənin vitse-prezidenti Fuat Oktay açıq şəkildə bildirib. Ankara Vaşinqtonun dəstəyinə söykənməklə Çinin Afrikadan sıxışdırılıb çıxarılması ilə bağlı artıq plan da işləyib hazırlayıb. TAİK sədri Mehmet Əli Yalçındağ bildirib ki, bu qitədə birgə Amerika-Türkiyə müəssisələri pandemiyadan sonra iqtisadiyyatımızın bərpasının bir hissəsi ola bilər. "Biz kövrək olan iqtisadiyyatlarımıza kömək edə, həm də Çin ekspansiyasına zərbə endirə və bununla da Birləşmiş Ştatlarla əlaqələri möhkəmləndirə bilərik”, - deyə Əli Yalçındağ bəyan edib. Bununla yanaşı, onun qənaətincə, Türkiyə ABŞ-ın məişət texnikası və avtomobil hissələri bazarında Çini əvəz etmək iqtidarındadır. Bu da Birləşmiş Ştatlara istehsalçıların diversifikasiyasına və Çindən asılılığı dayandırmağa imkan verə bilər.
Amerikalıları, Ankara ilə dostluq tək Çinə qarşı deyil, həm də Rusiyaya qarşı maraqlandırır. Bu səbəbdən də baş tutan seminarda sıxılmış təbii qaz məsələsi əsas diqqət mərkəzində olub. Amerika Konqresində əsas qaz lobbistlərinin maraqlarını ifadə edən Lindsi Qrem, türklərə Rusiyanın qaz nəhəngi hesab edilən "Qazprom”la əməkdaşlığı kəsməyə yönəlik əməkdaşlıq təklif edib. Plan isə çox sadədir - Türkiyə Birləşmiş Ştatlardan sıxılmış təbii qaz alacaq və nəticədə qaz habına çevriləcək. Əldə etdiyi qazı qonşularına satmaqla, bundan xeyli maliyyə əldə edəcək. Mahiyyətcə, bu plan Vaşinqtonun əvvəllər Varşava ilə əldə etdiyi razılığın təkrarıdır. Lakin Türkiyə Polşa demək deyil. O, artıq enerji habıdır və Rusiya, Azərbaycandan mavi yanacaq əldə edir. Ən əsası, polyakların heç xəyallarına belə gətirmədiyi həcmdə qaz alır. Bu səbəbdən də, Ankara əlavə olaraq ABŞ-dan sıxılmış təbii qaz almaqda və Avropa bazarını qazla doldurub qiymətləri aşağı salmaqda maraqlı deyil. Bunu Vaşinqtonda da bilməmiş deyillər. Bu səbəbdən də, ekspertlər əmindirlər ki, amerikalıların real hədəfi Ankaraya Bosfor boğazından tankerlərin keçməsini nəzərdə tutan sazişi imzalatmaqdır. Hazırda boğazlardan qaz dolu tankerlərin daşınması qadağandır, bu da Kiyev və Sofiyanı okeanın o tayından sıxılmış təbii qaz almağa vadar edir. Əgər Ankara güzəştlərə getsə, vəziyyət köklü şəkildə dəyişəcək: amerikalılar özlərinin regiondakı satelleitləri – Ukrayna, Bolqarıstan, Rumıniya və Moldovada sıxılmış təbii qaz qəbulu üçün terminallar inşa edə biləcək. Bununla da Luizianadakı istehsalçılar üçün çox əlverişli bazar formalaşdıra biləcəklər. Maraqlı olan odur ki, Vitter və Qrem türklərə qaz layihələri üçün əsas tərəfdaş kimi "Louisiana Natural Gas Exports” (LNGE) nı seçiblər. Onlarla artıq Ukrayna hökuməti il ərzində 5,5 mlrd. kub metr qaz alınması barədə memorandum imzalayıb. Bu saziş 20 illiyə nəzərdə tutulub. Lakin bu əməkdaşlıqdan "Naftoqaz Ukrayna” imtina edib. Bu barədə şirkətin rəhbəri Andrey Kobolev bildirib. Onun sözlərinə görə, yoxlamalar "Louisiana Natural Gas Export" ilə hər hansı bir əməkdaşlığı inkar edən çoxsaylı əlamətlər üzə çıxarıb. LNGE-ni iki il bundan əvvəl Delaver ştatında "daxili ofşorda” yaradıblar və bu illər ərzində şirkət bir sent belə gəlir əldə edə bilməyib. Əvəzində 340 min dollarlıq borc yığıb. Onun icraçı direktoru Ben Blanşet Luzianada "Abbeville” yatağına malikdir və çıxardığı qazı satmağa yer axtarır. Əgər Türkiyənin qlobal daşınma halqasında yer əldə etmək şansı uğur əldə edərsə, onda "Louisiana Natural Gas Export" ilə əməkdaşlıq heç nə vəd etmir.
Azər
banner

Oxşar Xəbərlər