• cümə, 26 Aprel, 18:52
  • Baku Bakı 22°C

Üç marşrut avtobusunun xətti bağlanıb

04.05.15 08:55 1185
Üç marşrut avtobusunun xətti bağlanıb
I Avropa Oyunları ilə əlaqədar Bakıda fəaliyyət göstərən bir neçə marşrut avtobuslarının xətti bağlanıb.
“APA-Economics”in xəbərinə görə, bunu APA TV-yə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin əməkdaşı Marlen Atayev deyib.
M. Atayev bildirib ki, iyunun 12-dən etibarən Bakının ev sahibliyi edəcək I Avropa Oyunları zamanı paytaxtın mərkəzi küçələrində avtomobil sıxlığının aradan qaldırılması məqsədilə 14, 53 və 90 saylı marşrut xətləri bağlanılıb.
O əlavə edib ki, metronun "Həzi Aslanov" stansiyasından Qış bulvarına kimi hərəkət edən 95 saylı marşrut xəttinin hərəkət istiqaməti də dəyişdirilib. Artıq bu gündən etibarən 95 saylı marşrut avtobusunun son dayanacağı metronun "Xətai" stansiyası olacaq. Eyni zamanda 2 saylı marşrut xəttində fəaliyyət göstərən avtobuslar artıq paytaxtın mərkəzinə buraxılmayacaq. Sözügedən marşrut avtobuslarının da son dayanacağı metronun "Xətai" stansiyasının olacaq.
Qeyd edək ki, I Avropa Oyunları ilə əlaqədar marşrut avtobuslarında 17 saatlıq iş vaxtı 20 saatlıq iş rejiminədək uzadılıb. İyulun 1-dən etibarən bütün marşrut xətlərinin əvvəlki rejimlə işləyəcəyi bildirilir.
banner

Oxşar Xəbərlər