• cümə, 19 Aprel, 09:25
  • Baku Bakı 13°C

Avropa azərbaycanlıları Az.TV-dəki dəyişiklikləri təqdir edirlər

17.07.19 15:15 21328
Avropa azərbaycanlıları Az.TV-dəki dəyişiklikləri təqdir edirlər
Avropada yaşayan bir sıra ölkələrin azərbaycanlı təşkilatları qitədə yaşayan azərbaycanlılar adından "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) son aylar baş verənlərlə bağlı fikirlərini bölüşüblər.
"Report”un Avropa bürosunun məlumatına görə, "Heydər Əliyevadına Dünya Boks Komitəsi”nin ("World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada "Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidentiYaşar Niftəliyevgöndərdiyi müraciətdə bildirir ki, Almaniyada yaşayan azərbaycanlı tamaşaçılar kimi milli televziyada son aylar baş verən yeniliklər onlarda ciddi rəğbət hissi yaradıb: "Prezident cənabİlham Əliyevin tarixi Vətənimiz Azərbaycanda apardığı çoxşaxəli islahatları biz daim izləyir, təqdir edir və bundan güc alırıq. Azərbaycan Televiziyasında da aylar əvvəl baş verən kadr dəyişikliyi məhz bunun tərkib hissəsidir.Milli televziyamızın artıq təkmilləşməsi, dialektik yol seçməsi milli efirimizin parlaq gələcəyindən xəbər verir. Yeni intellektual verilişlər, xüsusilə də səhər proqramlarının tam Avropa efirlərinə uyğun yayımlanması, əsasən də "Xəbərlər” proqramının yeni formatda təqdimatı, bundan başqa, qurumun rəhbəri Rövşən Məmmədovun özünün təqdim etdiyi "Həftə” proqramı artıq bizim daimi izlədiyimiz teleproqramlar siyahısındadır. Bu nə deməkdir? Bu, o deməkdir ki, AzTV Avropa azərbaycanlılarının diqqətini tamamilə özünə çəkə bilib”.
Y.Niftəliyev onu da qeyd edib ki, AzTV-də son aylar peşəkarların çoxalması,milli ideologiyanın təbliğində olduqca ciddi fəallaşması, geniş auditoriya qazanması xaricdəki Azərbaycan diasporu üçün də ciddi stimul verir. Avropa azərbaycanlıları bunu təqdir edir və Ana televziyamızın bu kimi fəaliyyətinə daim dəstək olduğunu bəyan edir. Çünki bu gün elə bir dövrdə yaşayırıq ki, biz azərbaycanlılar Azərbaycan dövlətinin, ana Vətənimzin ətrafında bütün sahələr üzrə daim bir olmalıyıq. AzTV-nin tutduğu son aylardakı fəal peşəkar xətt məhz bu missiyada bizə xeyli qol-qanad verir. Biz Avropa azərbaycanlıları AzTV-dəki bu yeniliyin, bu missiyanın ətrafında bir tamaşaçı kimi sıx birliyimizi ifadə edirik”.
Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibiMirvari Fətəliyevaisə ünvanladığı müraciətdə deyir ki, bu ilin əvvəlində Azərbaycan Televiziyasında baş verən kadr dəyişikliyindən sonra aparılan islahatlar onların da diqqətindən yayınmayıb, fəaliyyətlərində hətta hiss olunmağa başlayıb: "Dəfələrə son vaxtlar Assosiasiyanın fransız üzvləri ilə birgə AzTV efirində canlı bağlantılara çıxmışıq, hətta Bakı səfərində yeni rəhbərlik bizimlə görüş də keçirdi. Artıq AzTV bizim Azərbaycan həqiqətlərinin Avropada yayılması üçün qurduğumuz fəaliyyətdə bir tərəfdaşa çevrilib. Bundan başqa, efirdə yeni və Avropa efirlərinə meydan oxuyacaq kreativ telelayihələrin nümayişə başlaması, vətənpərvər verilişlərin geniş yayılması qürbətdə yaşayan biz azərbaycanlıların ciddi formada stimul mənbələrindən birinə çevrilib. Biz AzTV-nin yeni rəhbərliyinə uğurlar arzulayır, ictimaiyyətimizi bu missiyada ana televizyamıza dəstək olmağa səsləyirik”.
Baltikyanı (Estoniya, Latviya, Litva) Ölkələri Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, "Azəri” Latviya Azərbaycanlıları Gənclər Birliyinin sədriAmil Səlimovisə bildirir ki, AzTV-nin son vaxtlar xüsusilə sosial media üzərində də yayımlanması onların xüsusi diqqətini çəkib: "Bu yaxınlarda Baltikyanı ölkələrin gənclərinin qeyri-rəsmi bir toplantısında biz hətta bunu müzakirə etdik. Sosial şəbəkə üzərində AzTV-nin verilişlərinin və tok-şoularının intensiv yayımlanması, o cümlədən bütün səhifələr üzərində yayım çərçivəsinin genişlənməsi konkret olaraq Baltikyanı ölkələrinin nəinki azərbaycanlı gənclərini, hətta qardaş millətdən olan gənclərini də özünün daimi tamaşaçısına çevirib.AzTV-nin yeni rəhbərliyini bu uğurlarına görə təbrik edirik.Bundan başqa, tez-tez verilişlərdə xaricdə yaşayan azərbaycanlı istedadların fəaliyyətinin təbliği, xaricdə ailə quran azərbaycanlıların sorağının eşidilməsi, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin, bütövlükdə həqiqətlərinin təbliği son aylar AzTV-də baş verən yeniliyin prioritetinə çevrilib. Azərbaycan televizyasında bu baş verənlər şəxsən bizim üçün sürpriz oldu və biz bunu ancaq alqışlayırıq.Vətənimiz Azərbaycanda dövlətin, onun başçısının qüdrətli siyasəti nəticəsində belə uğurları görmək bizi ciddi ümidləndirir. Bizə daim belə olması lazımdır!”.
Polşa Azərbaycanlıları Birliyinin (PAB) sədriCavid Zeynalovqeyd edir ki, Polşadakı azərbaycanlı tamaşaçılar üçün Azərbaycan Televizyasında son zamanlar aparılan islahatlar təqdirəlayiqdir: "Biz baxırıq, son aylar AzTV həm muasir televiziya standartlarına cavab verir, həm də Azərbaycanın milli elementlərini daha geniş təbliğ edir. Bir sözlə, biz baxırıq ki, illər əvvəlki AzTV geri qayıdır. Xüsusilə qeyd etmək istərdim ki, AzTV-də xaricdə yaşayan azərbaycanlıların həyat və fəaliyyətinin daha geniş işıqlandırılması, beynəlxalq əlaqələrdə Azərbaycan həqiqətlərinin daha geniş təbliği əsas istiqamətlərdən birinə çevrilib. Konkretləşdirərək demək olar ki, bu gün artıq AzTV xaricdəki Azərbaycan lobbisinin və yaxud diasporunun tribunasına çevrilib. Biz Polşa azərbaycanlıları Azərbaycan televizyasında bütün bunları təqdir edirik, fəxr etdiyimizi bildiririk. Yeni kreativ verilişlər, xüsusilə səhər proqramları, "Nəsillərin debatı” kimi tok-şoular, siyasi verilişlərdə dinamiklik və ekspertlərin rəngarəngliyi bizi AzTV-nin ayrılmaz tamaşaçısına çevirib. Belə davam edin dostlar! AzTV-nin yeni rəhbərliyinə buna görə buradakı azərbaycanlılar adından təşəkkür edirik. Bizə həmişə belə AzTV lazımdır”.
banner

Oxşar Xəbərlər