• cümə, 26 Aprel, 18:46
  • Baku Bakı 22°C

"BTQ dəmir yolu xəttinin açılışı olduqca əlamətdar hadisədir"

02.11.17 15:59 529
"BTQ dəmir yolu xəttinin açılışı olduqca əlamətdar hadisədir"
Son illərdə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Bu uğurların həlledici amili ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında inamla həyata keçirilən, elmi əsaslara söykənən iqtisadi islahatların aparılmasıdır. Azərbaycanın tarixinə yazılan uğurlu səhifələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi oldu.
Bu fikirləri YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatıNaqif Həmzəyevbildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən ölkə başçısı İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşan iqtisadi, geostrateji əhəmiyyətli Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin açılışı olduqca əlamətdar hadisədir. Dəmir yolu xətti çox mühüm nəqliyyat qovşağına çevrilməkdə olan Azərbaycanın tranzit potensialının reallaşdırılması istiqamətində uğurlu nəticələrin qazanılmasına xidmət edəcək.
Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsi olan layihə təkcə üç ölkənin deyil, İpək yolu xətti üzərində yerləşən ölkələrin iqtisadi əlaqələrinin genişlənməsinə təsir göstərəcək, sürətli və etibarlı nəqliyyat bağlantısını təmin edəcək.
Sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək strateji əhəmiyyətli layihə Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu da ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə şərait yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Dövlət büdcəsinə tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru daha da inkişaf edəcək, bu da əhalinin məşğulluğunu reallaşdırmaqla həyat şəraitinin yüksəlməsinə səbəb olacaq. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək.
Göründüyü kimi, XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalq, üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi dünyada söz sahibinə çevrilən Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha daartmasına mühüm təsir göstərəcək.
banner

Oxşar Xəbərlər