• cümə, 26 Aprel, 08:08
  • Baku Bakı 12°C

BMT-nin baş katibi İlham Əliyevə təbrik məktubu göndərdi

29.05.14 18:58 1201
BMT-nin baş katibi İlham Əliyevə təbrik məktubu göndərdi
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ölkə prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Hər bir ölkənin öz mədəniyyətini, tarixini və nailiyyətlərini qeyd etməsi çox vacibdir. Çünki bu, dünyamızı zəngin, möhkəm və dinamik edən müxtəlifliyin əsasıdır. Həmçinin getdikcə qloballaşan dünyada bir-birimizə bağlı olduğumuzu qəbul etməyimiz eyni dərəcədə zəruridir. Ərazisindən və ya sərvətindən asılı olmayaraq bütün üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarını həyata keçirmək üçün özünəməxsus rol oynayır.
Biz son illərdə, xüsusilə də Minilliyin İnkişaf Məqsədlərinə çatmaqda sevindirici tərəqqinin şahidi olmuşuq. Lakin 2015-ci ilədək müəyyən edilmiş son tarixə qədər bir çox işlər görülməlidir. 2015-ci ildən sonrakı dövrün gündəliyini müəyyənləşdirmək və iqlimlə bağlı iddialı razılığı əldə etmək üçün də çox işlər görülməlidir. Həmin il bir-biri ilə sıx əlaqəli bu vacib məqsədlərə çatmaq üçün birgə səylərimiz baxımından çox mühüm olacaq.
Mən ölkənizin fəal iştirakına və liderliyinə güvənməyə davam edəcəyəm. Biz yalnız ümumi amallar üçün çalışaraq ortaq məqsədlərimiz olan sülh, tərəqqi və insan hüquqlarında irəliləyiş əldə edə bilərik”, deyə məktubda bildirilir.
banner

Oxşar Xəbərlər