AZE | RUS | ENG |


Binəqədidə “İlin 105 Qızıl beyni” adlı konfrans keçirilib - Fotolar

Binəqədidə “İlin 105 Qızıl beyni” adlı konfrans keçirilib - Fotolar
Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş "İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov, millət vəkilləri Musa Qasımlı,  Kəmaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tədbirdən öncə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin abidəsi ziyarət olunub.
 
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Binəqədi rayonunda 2016-2017-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən  diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib.

Bildirilib ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb.  Eyni zamanda, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib. Bu il rayonun orta məktəblərini bitirən 2368 məzundan 1417-si ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvvəlki illərə nisbətdə göstəricilər yüksələrək – 105 nəfər olub. 

Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş 267 nömrəli tam orta məktəbin məzunu İlkin Feyzullayev, 135  nömrəli tam orta məktəbin məzunu Vəli Quliyev, 205 nömrəli tam orta məktəbin məzunu Arzu Qubadzadə əldə etdikləri təhsil uğurlarından danışıblar.
 
Daha sonra çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru  Vaqif Abbasov  və  millət vəkili Musa Qasımlı çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.
 
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb, Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular.











Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002