Binəqədi rayonunda iməcilik keçirilib – Fotolar

Binəqədi rayonunda iməcilik keçirilib – Fotolar

Təfsilat
11 May 2017, 14:00 635
Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi, ağacəkmə və güləkmə  aksiyaları  keçirilib. Ulu öndərin doğum günü münasibəti ilə  hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan olub. Gül bayramı ilə əlaqədar may ayının 10-dan başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında İcra Hakimiyyəti Aparatı, YAP Binəqədi rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməciliklər, ağacəkmə və güləkmə aksiyaları  təşkil olunub.  Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb,  ərazilərə 1600m2 çəmən,  3000 çiçək, onlardan 100 alyandra,   200  zeytun, 200  eldar şamı, 200 sərv, 200  çinar, 200 şam ağacları əkilib. Eyni zamanda Azadlıq prospekti boyunca təşkil edilən bayram əhval-ruhiyəli  ümumrayon iməcliyində  yol boyunca divarlara  rəssam tərəfindən maraqlı küçə incəsənəti ("Street Art”) işlənilib. Məktəblilərin də qatıldığı aksiyada maraqlı anlar yaşanıb.

Ümumrayon iməciliyində çıxış edənlər Binəqədi rayon İcra Hakimiyyəti  başçısının müavini  Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatnın sədri Ramiz Göyüşov qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təşkil olunan ümumrayon iməcliyində əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Daha sonra məktəblilər təbiət elementlərinin üzərində əks olunduğu tortu kəsiblər.

Ümumrayon iməcliyinin ikinci hissəsi 6-cı mikrorayon, məscid yolu ətrafında məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları konsert proqramı ilə davam edib.

Konsert proqramında balacalar şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.

Bütün dünyanı sülhə, əmin-amanlığa səsləyən balaca fidanlar "Gəlin Həmrəy Olaq”! devizi ilə tədbirə yekun vurublar.