AZE | RUS | ENG |


“Bildiyini yaz” tövsiyəsi

“Bildiyini yaz” tövsiyəsi
Yazıçı olmağın ilk "qızıl şərti” yəqin ki, ən 16 dəfə özünə "Bildiyiniz yaz” deyən yazarın və ya redaktorunun xəbərdarlığıdır. İkinci şərti isə bütün yazı prosesi boyu nəşr mərhələsinin qorxusu ilə əlləşə bilmək. Amma bu dəfə sizə "literactor” ədəbi agentlərinin "Bildiyini yaz” tövsiyəsi ilə bağlı yayımladıqları rəy yazısından müəyyən hissələri bölüşəcəyik. Belə ki, bu tövsiyə inandığımızın əksinə çox zaman tamamilə yanlış istiqamətləndirmədir.
Əgər bütün yazarlar bildiklərini yazsaydı, onda milyonlarla oxucunun zövqünü oxşayan fantastik, qeyri-bədii ədəbiyyat nümunələri olmazdı. Məsələn, Tolkien dünyanı özünə kökləyən fantastik əsərlər yerinə ən yaxşı halda anqlo-sakson lüğəti nəşr etdirərdi. Digər tərəfdən isə elə ənənəvi klassik ədəbi nümunələrdə belə əksərən yazarın şəxsən tanımadığı insanlar, olmadığı yerlər canlandırılır.
Odur ki, "Bildiyini yaz” cümləsi yazmağa  yeni başlayanlar üçün bir çıxış nöqtəsi ola bilər, amma hamının eyni şeyi deməsi onun doğru olduğuna dəlalət etmir. Çünki hər gün bir alma yeyən insanların da yolu bir gün həkimə düşür. Xəbəriniz olsun ki, sizə "Bildiyini yaz” deyənlər bunun arxasındakı 3 şərti də nəzərdə tutur.

·  Sevdiyin şeydən yaz – Kitab mağazasında hansı hekayələrin çox satıldığı vacib deyil. Professorunun sənə nəyin geniş auditoriya tərəfindən qəbul ediləcəyini deməsinin də əhəmiyyəti yoxdur. Sənin öz marağını çəkən şeylər haqqında yaz. Maraq dairənizdə olan şeylərdən yazmaq prosesi həm asanlaşdıracaq, həm də sürətləndirəcək. Arxayın ol ki, nə yazırsan yaz, çöldə mütləq səninlə eyni zövqləri bölüşənlər var.
·  Araşdırma apar – Yazmağın elə əsl şərti budur. Öz təcrübələrin haqqında yazmaya bilərsən, heç dünya tarixinin təcrübəsində olmayan bir şeyi də seçə bilərsən, amma birinci növbədə özünü inandırmalısan. Bunun yolu mövzunu araşdırmaqdan keçir.
·  Duyğularına diqqət et – Romantik məsələlərdə nə qədər qabiliyyətsiz olursan ol, tanımadığın insanlar, yaşamadığın münasibətlər haqqında yazacağını bil. Diqqətini ətrafındakı insanların duyğularına və öz yaşadığın duyğulara köklə. Məkan və hekayəyə fərq qoymadan danışdıqlarını inandırıcı etmək üçün duyğulardan yararlan.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001