• cümə axşamı, 02 may, 02:08
  • Baku Bakı 15°C

Bəzi yerlərdə leysan yağacaq - Proqnoz

28.04.16 13:52 1054
Bəzi yerlərdə leysan yağacaq - Proqnoz
Aprelin 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-16, gündüz 18-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər