“Beynəlxalq Ordu Oyunları-2017” başlayıb
Moskva ətrafında "Patriot” parkı və "Albino” poliqonunda "Beynəlxalq Ordu Oyunları-2017” başlayıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə RusiyaMüdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yarış iyulun 29-dan avqustun 12-dək eyni zamanda 5 ölkədə - Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Çin ərazisində keçirilir.