• cümə, 26 Aprel, 23:04
  • Baku Bakı 22°C

Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur

28.09.20 09:15 409
Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur. On illərdir hərəkətsizlik və qeyri-qanuni işğal ilə ortaqlıq erməni tərəfini cəsarətləndirdi. İndiki münaqişə bu vəziyyətin davamlı olmadığını göstərir.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün "Twitter” hesabında yazıb.
O vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalçısıdır: "Ermənistan on illərdir nəinki Dağlıq Qarabağı işğal edir, həm də Azərbaycana qarşı mütəmadi təxribatlar həyata keçirir. Bugünkü hücumları isə daha bir təhlükəli vəziyyətə səbəb oldu".
banner

Oxşar Xəbərlər