• cümə, 26 Aprel, 22:08
  • Baku Bakı 22°C

Bəstəkar Məmməd Nəsirbəyovun 120 illiyi qeyd ediləcək

04.11.17 13:15 2195
Bəstəkar Məmməd Nəsirbəyovun 120 illiyi qeyd ediləcək
Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında Naxçıvanın ilk bəstəkarı, ictimai xadim Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.
AZƏRTACxəbər verir ki, gecədə sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi açılacaq, bəstəkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olunacaq.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatılacağı tədbirdə sənətkarın yaradıcılığından danışılacaq, sənət fəaliyyəti haqqında məlumat veriləcək.
Tədbir çərçivəsində təşkil olunacaq konsert proqramını Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.
banner

Oxşar Xəbərlər