• şənbə, 27 Aprel, 03:30
  • Baku Bakı 14°C

“Berlinale” film festivalı nasistlərlə əlaqəsinə görə Alfred Bauer mükafatını ləğv etdi

17.02.20 11:30 3573
“Berlinale” film festivalı nasistlərlə əlaqəsinə görə Alfred Bauer mükafatını ləğv etdi
Berlində keçirilən film festivalı təsis direktoru Alfred Bauerin nasistlərin təbliğat təşkilatında birbaşa iştirak etdiyi məlum olduqdan sonra müsabiqənin ən böyük mükafatlarından birini ləğv etdi.
Trend-in məlumatına görə, A.Bauerin mübahisəli keçmişi "Die Zeit” qəzeti tərəfindən dərc edilən məqalədə açıqlanıb. Jurnalist araşdırması onun Nasist partiyasının fəal üzvü, müharibədən əvvəl "Sturmabteilung” (əməliyyat-hücum qrupları) üzvü və sonradan 1942-ci ildə film sənayesinə nəzarət etmək üçün Təbliğat Nazirliyi tərəfindən yaradılan Yozef Gebbelsin " Reichsfilmintendans” qurumunun birinci idarəçi şəxslərindən olduğunu müəyyənləşdirib .
Nasist partiyası üçün hazırlanan hesabatların birində o, "qüsursuz siyasi baxışlara malik" bir insan kimi təsvir edilib.
Alfred Bauer 1951-ci ildən 1976-cı ilədək "Berlinale”nin sədri olub. 1987-ci ildə ölümündən bir il sonra A. Bauer adına "Gümüşü Ayı" mükafatı təsis edildi. Bu "kino sənətində yeni istiqamətlərin kəşfi " üçün təltif edilən mükafat oldu.
Xatırladaq ki, 70 illik yubileyini qeyd edən film festivalı Berlində fevralın 20-dən martın 1-dək keçiriləcək.
banner

Oxşar Xəbərlər