• cümə, 26 Aprel, 13:36
  • Baku Bakı 23°C

Baş Prokurorluğun mətbuat xidməti ayrıca struktur kimi fəaliyyət göstərəcək

24.12.16 19:39 1051
Baş Prokurorluğun mətbuat xidməti ayrıca struktur kimi fəaliyyət göstərəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda aşağıdakı dəyişikliklər edilib:
- 6-cı hissədə "Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin” sözləri "Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin” sözləri ilə əvəz olunub.
Həmçinin aşağıdakı məzmunda 12-1-ci və 13-1-ci hissələr əlavə edilib:
"12-1. İnformasiya-kommunikasiya texnologiyaları idarəsi
13-1. Mətbuat xidməti (şöbə səlahiyyətli)”.
banner

Oxşar Xəbərlər