• cümə, 26 Aprel, 08:11
  • Baku Bakı 12°C

Baş Nazir Milli Məclisdə hesabat verir

09.04.20 12:51 417
Baş Nazir Milli Məclisdə hesabat verir
Azərbaycanın Baş naziri Əli Əsədov Milli Məclisdə videohesabat verir.
Trend-in məlumatına görə, videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.
Baş nazir bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə stimul verməkdədir.
Əli Əsədov vurğulayıb ki, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və cəmiyyətin bütün sahələrini əhatə edib, ölkəni yeni inkişaf mərhələsinə çıxarıb:
"Hesabat ili Azərbaycan üçün uğurlu il olub. Son illər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib, makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib".
Baş Nazir əlavə edib ki, 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib. Ölkəmizdə işsizlik ən aşağı səviyyədə - 4,8% olub, dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat, xərcləri isə 24,4 milyard manat təşkil edib: "2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub, bu da ÜDM-in 18,9%-i deməkdir. Keçən il investisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.
banner

Oxşar Xəbərlər