• cümə, 26 Aprel, 06:31
  • Baku Bakı 12°C

Bakıda NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisinin görüşü keçiriləcək

07.09.17 13:57 1121
Bakıda NATO Hərbi Komitəsinin rəhbəri və Rusiya Baş Qərargah rəisinin görüşü keçiriləcək
NATOHərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıda görüşəcəklər.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədəNATO-nun kommünikesində bildirilir.

Kommünikedə deyilir ki, bu,NATO-nun Rusiya ilə münasibətləri dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

"General Petr Pavel və general Valeri Gerasimov sentyabrın 7-də Azərbaycanın paytaxtı Bakı şəhərində görüşəcəklər. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olacaq", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bu il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun da görüşü Bakıda keçirilib.
banner

Oxşar Xəbərlər