• çərşənbə axşamı, 19 mart, 11:08
  • Baku Bakı 8°C

Bakıda IX Beynəlxalq Rostropoviç Festivalının açılışı olub

23.04.17 22:29 1156
Bakıda IX Beynəlxalq Rostropoviç Festivalının açılışı olub
Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Festival Azərbaycan Prezidentinin "Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.
AZƏRTACxəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu söyləyib. Festivalın artıq doqquzuncu dəfə keçirildiyini vurğulayan nazir bu musiqi bayramını Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.
Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır.
Nazir Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən keçirilən festivalın əhəmiyyətini yüksək qiymətləndirib və festival günlərində bir-birindən maraqlı silsilə tədbirlərin, konsert proqramlarının təşkil ediləcəyini söyləyib. Ə.Qarayev Beynəlxalq Mstislav Rostropoviç Festivalının Heydər Əliyev Fondunun, xüsusən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə keçirildiyini bildirib.
Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət və turizm naziri iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.
Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç Bakını ən sevdiyi şəhərlərdən olduğunu söyləyib. Artıq doqquzuncu dəfə bu festivalın həyata keçirildiyini bildirən O.Rostropoviç festivalda bir çox tanınmış musiqi kollektivlərinin çıxış edəcəyini diqqətə çatdırıb. O, Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fonduna və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də Rostropoviç yaradıcılığını sevənlərə minnətdarlığını bildirib.
Sonra Xalq Artisti Rauf Abdulayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib. Konsertdə C.Verdi, P.Çaykovski, O.Respiqi və X.Mirzəzadənin əsərləri səsləndirilib.
Qeyd edək ki, aprelin 27-dək davam edəcək festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, "Vyana-Berlin” Kamera Orkestri, "Drezden Ştaatskapella”, SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları çıxış edəcəklər.
banner

Oxşar Xəbərlər