• cümə, 26 Aprel, 14:05
  • Baku Bakı 23°C

“Bakı-Tbilisi-Qars “Əsrin müqaviləsi” qədər əhəmiyyətli layihədir” - RƏY

31.10.17 19:40 751
“Bakı-Tbilisi-Qars “Əsrin müqaviləsi” qədər əhəmiyyətli layihədir” - RƏY
"Bu il Azərbaycan üçün kifayət qədər mühüm tarixi məqamlarla yadda qalacaq. Beynəlxalq birliyin diqqət mərkəzində olan yeni "Əsrin müqaviləsi”nin imzalanması, üstəlik bu günlərdəBakı-Tbilisi-Qarsdəmir yolu xəttinin istifadəyə verilməsi bunun bariz nümunəsidir”.

Bu sözləriAPA-ya açıqlamasındaYAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəbildirib.

V. Rəhimzadə deyib ki, Bakıdan başlayan, Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Türkiyənin Qars şəhərinə gedən, beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirən bu dəmir yolu xətti ölkəmizə böyük siyasi və iqtisadi dividentlər gətirəcək: "Bakı-Tbilisi-Qarsdəmir yolunun açılışı çox böyük tarixi hadisədir. 2005-ci ildəBakı-Tbilisi-Ceyhanneft kəmərinin Azərbaycan hissəsinin açılışındaBakı-Tbilisi-Qarsdəmir yolu xətti layihəsi haqqında bəyannamə, 2007-ci ildə isə dəmir yolu xəttinin tikintisinə başlanılması ilə əlaqədar saziş imzalandı. Xüsusi olaraq vurğulamaq lazımdır ki,Bakı-Tbilisi-Qarslayihəsinin reallaşmasında məhz Azərbaycanın böyük rolu olub. Bu amil isə bir daha onu göstərir ki, Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı və təşəbbüskarıdır”.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu layihənin reallaşması Azərbaycan, Türkiyə və Gürcüstanın birliyinin yüksək səviyyədə olduğunu göstərir: "Bakı-Tbilisi-Qarsdəmir yolunun açılış mərasimində çıxış edən möhtərəm prezidentimizİlham Əliyevbir sıra mühüm məqamlara aydınlıq gətirdi. Ölkəmizin başçısı bildirdi ki, çoxları, xüsusilə bəzi xarici dairələrBakı-Tbilisi-Qarsdəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Lakin üç ölkə sübut etdi ki, bu, mümkündür. Azərbaycanın güclü iradəsi, qarşılıqlı dəstək, inam olan yerdə bütün işləri görmək mümkündür. Azərbaycan prezidenti regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyənin bundan sonra da daim bir yerdə olacaqlarına, bir-birlərini dəstəkləyəcəklərinə əminliyini ifadə etdi. Hesab edirəm ki, bu əməkdaşlıq region və dünya üçün təhlükəsizlik, sülh və inkişaf vəd edir”.

"İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, uzunluğu 840 kilometr olanBakı-Tbilisi-Qarsdəmir yolu xətti ölkəmizin beynəlxalq tranzit və logistika mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir: "Bu dəmir yolu xətti Şərqdən Qərbə qədər olan böyük məsafədə yük və sərnişin daşımalarında vaxt və maliyyə sərfini azaldacaq. Bununla yanaşı,Bakı-Tbilisi-Qars, həmçinin ölkə iqtisadiyyatının inkişafına da böyük dərəcədə müsbət təsir göstərəcək. Nəticədə ölkəmizin ilk illərdə tranzitdən minimal gəliri təxminən 50 milyon dollara bərabər olacaq. Sözsüz ki, bütün bunlar ilkin proqnozlardır. Zaman keçdikcəBakı-Tbilisi-Qarslayihəsinin region və dünya üçün əhəmiyyəti daha aydın görünəcək. Digər tərəfdən, bu gün bu dəmir yolu xəttiAvropa İttifaqı, ABŞ və Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir. Bu, dəmir yolu xəttinin əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunu daha da möhkəmləndirəcək”.

Enerji məsələləri üzrə ekspert İlham ŞabanAPA-ya açıqlamasında deyib ki,Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin önəmi heç də Azərbaycanın neft və qaz boru kəmərlərinin əhəmiyyətindən az olmayacaq: "Həm də dəmir yolu yerin üstündədir və bütün yaşayış məntəqələri bunun faydasını görəcək. Yəni sərnişinlər də, istehsalçılar da, yükdaşıyanlar da, hətta stansiyalardakı xırda ticarətçilər də bundan faydalanacaqlar”.

İ. Şaban qeyd edib ki, zamanında ABŞ vəAvropa İttifaqıErmənistandan kənar keçdiyinə görə BTQ layihəsinə qarşı çıxaraq tikintinin maliyyələşdirilməsindən imtina ediblər: "Buna görə də layihənin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyə 220 milyon dollar kredit verib. Türkiyə hökuməti BTQ layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb. Layihənin Gürcüstan hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin yenidən qurulmasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 milyon və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 milyon dollar həcmində kredit ayrılıb. Bütövlükdə layihəyə 1 milyard 120 milyon dollar vəsaitin xərcləndiyini demək olar”.

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid ƏhmədovAPA-ya açıqlamasında bildirib ki,Bakı-Tbilisi-Qarsdəmir yolu xətti "Əsrin müqaviləsi” qədər əhəmiyyətli bir layihədir: "Çünki bu, tarixi İpək Yolunun bərpası deməkdir. Bu dəmir yolu ilə Pekindən tutmuş Londona qədər dəmir yolu ilə yüklərin, sərnişinlərin daşınması nəzərdə tutulur. İlk mərhələdə il ərzində 1 milyon sərnişin və 6,5 milyon ton yükün daşınması planlaşdırılır. Növbəti mərhələdə yük daşımaların həcminin 20 milyon tondan, daşınan sərnişinlərin sayının isə 3 milyon nəfərdən çox olması gözlənilir. Bu, Azərbaycan üçün çox əhəmiyyətli bir layihədir. Ola bilər ki, biz il ərzindəBakı-Tbilisi-Qarsdəmir yolu xətti ilə tranzitdən 1 milyard dollara yaxın vəsait qazanaq”.

Millət vəkili layihəyə marağın böyük olduğunu vurğulayıb: "Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin açılış mərasiminə Türkiyə prezidenti və Gürcüstanın baş naziri ilə yanaşı, Qazaxıstanın və Özbəkistanın baş nazirləri də qatılmışdılar. Bu ölkələr öz yüklərini bu dəmir yolu vasitəsi ilə Avropaya çıxaracaqlar.Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin iqtisadi tərəfi ilə yanaşı, bizim üçün siyasi tərəfi də böyük əhəmiyyət daşıyır. Belə böyük layihələr sabitliyin, dövlət başçısına inamın olduğu ölkələrdə həyata keçirilir. Azərbaycan stabil dövlətdir, müstəqilliyimizin qorunub saxlanması üçün belə layihələr nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Digər tərəfdən, bu, həm də bir sıra dövlətlərə mesajdır. Azərbaycan prezidenti siyasi iradə ortaya qoyaraqBakı-Tbilisi-Qarsdəmir yolu layihəsini həyata keçirib.Bakı-Tbilisi-Qarsdəmir yolu xətti Azərbaycanda gələcəkdə iqtisadiyyatın, ticarətin, sahibkarlığın inkişafı üçün çox əhəmiyyətli bir layihədir”.
banner

Oxşar Xəbərlər