AZE | RUS | ENG |


Azərbaycanlı aktrisa türklə ailə həyatı qurdu - Fotolar

Azərbaycanlı aktrisa türklə ailə həyatı qurdu - Fotolar
Dünən gənc aktrisa, ifaçı Vüsalə Bəşirova ailə həyatı qurdu. Bakı Uşaq Teatrının sevilən aktrisası Vüsalə türk vətəndaşı Emrah Çakırla evləndi. İfaçının xoş gününə teatrın yaradıcı heyəti, sənət dostları və onu sevənlər qatılmışdı.

Gecədə əsasən türk və Azərbaycan mahnıları ifa olundu.  Vüsalə Bəşirova həyat yoldaşına  "Bağdat” mahnısını ithaf etdi. 

Bundan sonra da Türkiyədə yaşamağa qərar verən ifaçı yaradıcılığını artıq qardaş ölkədə davam etdirəcək. Bakıdakı teatr kollektivi  və sənət dostları ilə daim əlaqə saxlayacağını, bundan sonra da onlarla işbirliyini davam etdirəcəyini deyən aktrisa Çakır soy adı ilə yeni obrazlar yaradacaq.   

İfaçının sentyabrın 4-də oğlan toyu olub. OnunAzərbaycanda ikinci toy etməkdə məqsədi həyat yoldaşına Azərbaycan adətlərini öyrətmək və bizim milli metalitetlə tanış etməkdən ibarət olub. Toyda yoldaşı ilə Azərbaycanca danışan Vüsalə ona Azərbaycan dilini öyrtdiyini və bizim dilimizin bilməyinin onun üçün önəmli olduğunu vurğulayıb. 

Qeyd edək ki, aktrisa Azərbaycanda "Qaynana", "Həyat varsa", "Babayevlər", "Hippokrat andı", "Kolxoz 85" kimi seriallarda da rol alıb. Bundan başqa, Türkiyədə "Beni Affet” serialında kiçik obrazı ilə yaddaşlarda qalmağı bacarıb.
 
Xəyalə Rəis










Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002