• şənbə, 27 Aprel, 06:19
  • Baku Bakı 12°C

Azərbaycanın Xorvatiyadakı səfiri bu ölkənin ali ordeni ilə təltif edilib

31.10.17 19:30 994
Azərbaycanın Xorvatiyadakı səfiri bu ölkənin ali ordeni ilə təltif edilib
Xorvatiyanın prezidenti Kolinda Qarabar Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri "Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of Duke Branimir with Ribbon) ilə təltif edib.

SəfirlikdənAPA-ya bildirilib ki, ordenin təqdim edilməsi mərasimində çıxış edən Kolinda Qarabar Kitaroviç Azərbaycanla Xorvatiya arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib.
K. Xasiyev iki ölkə arasındakı münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə edib.

Məlumat üçün bildirək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ildə təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim edilir.
banner

Oxşar Xəbərlər