• cümə, 26 Aprel, 08:51
  • Baku Bakı 12°C

Azərbaycanın mədəniyyət və turizm naziri Tbilisiyə səfərə gəlib

08.12.16 12:32 1076
Azərbaycanın mədəniyyət və turizm naziri Tbilisiyə səfərə gəlib
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gəlib.
Səfər çərçivəsində nazir Ə.Qarayev Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak edəcək.
Nazir, eyni zamanda, bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzi parkında ucaldılmış abidəsi önünə əklil qoyacaq.
banner

Oxşar Xəbərlər