AZE | RUS | ENG |


Azərbaycanı beynəlxalq festivalda təmsil edən bacı və qardaş - Fotolar

Azərbaycanı beynəlxalq festivalda təmsil edən bacı və qardaş - Fotolar
Təmsilçilərimiz tamaşaçıların sonsuz sevgisini, məhəbbətini qazanıb

28 iyuldan 6 avqusta qədər Kaliforniya ştatının ən böyük şəhəri Los-Ancelesdə "Beverly Hills İnternational  music festival”  (Beverly  Hilss Beynəlxalq musiqi festivalı) keçirilib. Festivala dünyanın dörd bir yanından nümayəndələr qatılıb. Sözügedən festivalda Azərbaycanı iki iştirakçı - Elvina Qurbanova və Nail Qurbanov təmsil edib. Azərbaycan musiqi aləmində də kifayət qədər tanınan bu iştirakçılar festivalda ən çox seçilən və sevilənlərdən olublar.
 
 

Festival  15 ildir keçirilir. 15 ildə ilk dəfə olaraq, festivalda bu il Azərbaycandan da iştirakçılar qatılıb. Dünyanın tanınmış solistləri, böyük klassik musiqinin şahzadələri tərəfindən ustad dərslərinin də keçirildiyi bu festivalda Azərbaycanlı iştirakçılar tanınmış musiqiçilərin könüllərini fəth etməyi bacarıblar. 
 
 

Qeyd edək ki, festivalın təntənəli açılışı və bağlanışı məhz Azərbaycanlı iştirakçılar Nail və Elvinanın üzərinə düşüb. Beynəlxalq festivallarda isə bu, böyük məsuliyyətin və peşəkarlığın göstəricisi hesab olunur. Festivalda iştirakçılara dünyaca tanınmış skripkaçı Oleq Krisa ustad dərsləri keçib. Ondan musiqi aləminin incəliklərini öyrənən iştirakçılar, maraqlı bir kompozisiya ilə tamaşaçılara konsert proqramı bəxş ediblər.  
 
Məlumat üçün bildirək ki, iştirakçılarımız Nail Qurbanov kamernıy orkestrda ikinci, Elvina Qurbanova isə birinci skripkada ifa edib. Kamernıy orekstrda Antonio Salieri "Sinfonia Veneziana", V.A.Mozart "Concerto No 3", A.Marcello "Concerto foroboe and string orkhestra", Antonio Vivaldi"Concerto for 2 flutes" birinci və ikinci skripkaçı qismində çıxış ediblər.
 
 

Elvina Qurbanova festivalla bağlı təəssüratlarını "Kaspi”yə bölüşdü. O, bildirdi ki, beynəlxalq festivalda Azərbaycanı təmsil etmək ifaçı kimi ona böyük şərəfdir: "Qardaşımla bu festivalda Azərbaycanı təmsil edirdik. Bunun nə qədər çətin və məsuliyyətli olduğunun fərqində idik. Festival bizim üçün böyük bir məktəb oldu. Belə ki, orada məşhur skripka ifaçısı Oleq Krisa bizə ustad dərsləri keçdi. Onun qarşısında ifa etmək  həm məsuliyyətli, həm də qürurverici idi. Festivalın sevimli iştirakçısı olmağımız isə bizim üçün ayrıca bir sürpriz idi”. 
 
 

Elvina xanım sözügedən festivalın onun üçün Amerikada öz istedadını və bacarığını sübut etmək üçün bir sınaq olduğunu bildirdi: "Bu festival mənə  yeni dostlar qazandırdı. Festivalda Tayvandan, Koreyadan,  İngiltərədən, Qazaxıstandan, elə ABŞ-ın özündən, Rusiyadan, İngiltərədən, Ukraynadan, Avropanın bir sıra başqa ölkələrindən dostlar qazandım və bununla bərabər, böyük izləyici kütləsi topladım. Azərbaycanda saysız festivallarda, müsabiqələrdə iştirak etmişəm. Ancaq bunun yeri tamam başqa idi. Amerikada belə bir uğura imza atmaq gözəl hissdir. Fürsətdən istifadə edib, bildirmək  istəyirəm ki, əldə etdiyim uğurlara görə doğulduğum gündən bəri mənə dəstək olan və mənim yanımda olan anama minnətdaram.  Daha sonra illərdir məni sevdiyim ixtisas üzrə yetişdirən, skripka elminin sirlərini öyrədən Rzaquliyeva  Yelena Nikolaevnaya təşəkkür etmək istəyirəm”.
 
 

Digər iştirakçımız Nail Qurbanov da həm skripka, həm də səs imkanlarını göstərmək üçün bu festivalın ən gözəl fürsət olduğunu bilirdi: "Bu festival sayəsində həm səs imkanlarımı, həm də musiqiçi kimi istedadımı göstərmək şansı əldə etdim. Orada "O sole Mio” və "Torno a Surento”nu ifa etdim.  Festivalın ən kiçik və azyaşlı iştirakçısı idim. Beynəlxalq festivalda iştirak etmək mənim üçün sevindirici idi. Konsertdə ifam bitdikdən sonra tamaşaçılar və ustadlarımız bir daha oxumağımı istəyirdilər. Onlar belə səs imkanına malik olduğum üçün məni təbrik edirdilər”.
 
 

Qardaş və bacı ilə söhbətdən aydın oldu ki, bu festival hələ uzun müddət onların xatirəsində ən önəmli yeri tutacaq.  Festivalın kiçik iştirakçısı Nail Qurbanov tədbirin ulduzuna çevrilmişdi. Belə ki, konsert proqramı bitdikdən sonra  tamaşaçılar Nailin ətrafına toplaşıb, onun səsinin nə qədər ecazkar olduğunu söyləyiblər, yenidən onun ifasını eşitmək istədiklərini deyiblər.  Tamaşaçılar azərbaycanlı iştirakçılarla şəkil çəkdirib, onların nə qədər istedadlı olduğunu dilə gətirməkdən çəkinməyiblər. İfaçılarımız tədbir iştirakçılarına və tamaşaçılara söhbət əsnasında, Azərbaycan haqqında da məlumatlar verib, onlara ölkəmizin mədəniyyətindən bəhs ediblər. Azərbaycanın musiqi təhsilindən və festivallar ölkəsi olmasından danışıblar. 
 
 
 
Azərbaycanı festivalda təmsil edən iştirakçıların valideyni - yazar, ssenarist, rejissor Sevinc Səfərovanın da təəssüratlarını öyrəndik: "Bir valideyn olaraq övladlarımla qürur duyuram. Onların istedadına hər zaman əmin idim, ancaq bu festival sayəsində onlar özlərini sübut etdilər. Övladlarımla fəxr edirəm. Diqqət çəkən əsas məqam odur ki, 15 ildə bu festivalda Azərbaycanı təmsil edən olmayıb. Qızımı belə böyük bir orkestrdə ikinci skripkaçı kimi görmək sevindirici haldır. Bilirsiniz ki, bu missiyanı ancaq peşəkar musiqiçilərə həvalə edirlər.  Bu, çox qürurvericidir. Gözlə festival di. Bizim üçün bir bayram idi. Tamaşaçıların və təşkilatçıların uşaqlara olan sevgisi, məhəbbəti sonsuz idi. Bunları görmək və hiss etmək, sözlə ifadə olunmayacaq qədər gözəldir”.
 
 

Festivalın sonunda Azərbaycanlı iştirakçılar sertifikatla təltif olunublar. 

Biz də Azərbaycanı təmsil edən istedadlı musiqiçilərimizi təbrik edirik. 
 
Xəyalə Rəis
 

 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008