• cümə, 26 Aprel, 06:38
  • Baku Bakı 12°C

Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb

22.02.17 10:20 783
Azərbaycanda qadınlara qarşı 2 mindən artıq zorakılıq faktı qeydə alınıb
Ötən il Azərbaycanda qadınlara qarşı 2221 zorakılıq faktı qeydə alınıb.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rabil Süleymanzadə bildirib.
Onun sözlərinə görə, həmin cinayətlərin 821-i qadınlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib.
Komitə rəsmisinin sözlərinə görə, ötən il qadınları fahişəliyə cəlb etmə ilə bağlı 39 fakt qeyd alınıb.
2016-cı ildə qadınlar arasında 176 intihar hadisəsi baş verib.
R.Süleymanzadənin sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayanlara qarşı 553 cinayət hadisəsi törədilib. Onlardan ailə-məişət zəminində 3 fakt, cinsi toxunulmazlıq əleyhinə 190 fakt olub.
Keçən il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.
banner

Oxşar Xəbərlər