• cümə, 26 Aprel, 17:57
  • Baku Bakı 23°C

Azərbaycanda qaçqın statusu alanlara vəsiqə veriləcək

23.12.16 17:32 954
Azərbaycanda qaçqın statusu alanlara vəsiqə veriləcək
Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.
APA-nın məlumatına görə, bununla bağlı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bənd əlavə təklif edilir.Təkilf olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Başqa sözlə, Azərbaycanda bu kateqoriyadan olan insanlar üçün yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər