• cümə, 26 Aprel, 18:45
  • Baku Bakı 22°C

Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir

08.11.17 10:20 876
Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir
Noyabrın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Couns, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli "Əmək” ordeni ilə təltif olunub.

Dövlətimizin başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.
banner

Oxşar Xəbərlər