AZE | RUS | ENG |


Azərbaycanda elmi işçilərin əhatə dairəsi genişləndirilib

Azərbaycanda elmi işçilərin əhatə dairəsi genişləndirilib
Azərbaycanda elm və elmi xidmət sahəsində elmi işçilərin əhatə dairəsi genişləndirilib.
 
APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiKollegiyasının təsdiq etdiyi "Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda təsdiqini tapıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2008-ci il yanvarın 25-də təsdiqlədiyi Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən elmi işçilər kateqoriyasına yalnız baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, elmi işçi və kiçik elmi işçi daxil edilib. Bundan sonra isə baş konstruktor, konstruktor (aparıcı konstruktor da daxil olmaqla), baş mühəndis, mühəndis (aparıcı mühəndis də daxil olmaqla), baş texnoloq, texnoloq (aparıcı texnoloq da daxil olmaqla) və assistent də elmi işçi sayılacaq. Dəyişikliklə əlaqədar  elm və elmi xidmət sahəsinə daxil edilən qulluqçuların əməyinin ödəniş dərəcələri də dəyişib.
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001