• cümə, 26 Aprel, 13:08
  • Baku Bakı 23°C

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər

13.07.13 12:04 1340
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşdülər
İyulun 12-də Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan xarici işlər naziri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, nazirlər əvvəlcə təkbətək, sonra isə ATƏT-in Minsk Qrupun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Yan Kelli (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüşüblər.
Görüşdə Dağlıq Qarabağın sülh yolu ilə həlli yolları müzakirə olunub.
banner

Oxşar Xəbərlər