• cümə, 26 Aprel, 16:35
  • Baku Bakı 23°C

Azərbaycan və Braziliya arasında anlaşma memorandumu imzalanıb

15.12.16 09:15 869
Azərbaycan və Braziliya arasında anlaşma memorandumu imzalanıb
Dekabrın 14-də Braziliya Xarici əlaqələr nazirliyinin binasında "Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə anlaşma memorandumu”nun imzalanma mərasimi keçirildi.
Azərbaycanın Braziliyadakı səfirliyindənAPA-ya verilən məlumata görə, qeyd olunan sənədi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Braziliya Federativ Respublikası Hökuməti adından Braziliyanın Xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Markos Qalvao imzalayıb.
Adıçəkilən anlaşma memorandumu iki ölkə arasında enerji, infrastruktur, kənd təsərrüfatı, innovasiya və turizm sahələrində əməkdaşlığı həmçinin, Birgə İşçi Qrupun yaradılmasını nəzərdə tutur.
banner

Oxşar Xəbərlər