AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Prezidenti: Xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək

Azərbaycan Prezidenti: Xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək

Siyasət
25 Mart 2020, 09:37 745
Martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev xalqımızın adət-ənənələrinin, milli dəyərlərin bizə bu virusla mübarizədə kömək edəcəyini bildirib. Qeyd edib ki, ölkəmizdə yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.
 
AZƏRTAC xəbər verir ki, bu günə qədər görülmüş bütün işlərin vaxtında və düzgün istiqamətdə atılmış addımlar olduğunu bildirən dövlətimizin başçısı deyib: "Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir”.